sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Harri Keyn İngiltərə millisində 100-dən artıq oyun keçirən onuncu futbolçu olub
İngiltərə millisinin futbolçusu Harri Keyn yığmanın heyətində 100-dən artıq oyun keçirən onuncu futbolçu kimi tarixə düşüb.
"Report" xəbər verir ki, 31 yaşlı hücumçu Millətlər Liqasının hazırda davam edən Finlandiya ilə matçında meydana çıxıb və milli tarixində 101-ci qarşılaşmasını keçirir.
"Bavariya"nın (Almaniya) hücumçusu İngiltərə millisini meydana kapitan sarğısında çıxarıb.
Yığmanın heyətində 100-dən artıq matç keçirən digər doqquz futbolçunun adlarını təqdim edirik:
1. Piter Şilton(125)
2. Ueyn Runi (120)
3. Devid Bekhem (115)
4. Stiven Cerrard (114)
5. Bobbi Mur (108)
6. Eşli Koul (107)
7. Bobbi Çarlton (106)
8. Frenk Lempard (106)
9. Billi Rayt (105)
Oxşar xəbərlər
Məhəmməd Salah Misir millisinin heyətində 100-cü matçına çıxıb
Ueyn Runi yenidən "Mançester Yunayted"in formasını geyinəcək
Braziliya millisinin sabiq futbolçusu Avstraliya klubuna keçib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
