Macarıstanlı futbolçu "Liverpul"a keçir
sizinxeber.az xəbər saytı

Macarıstanlı futbolçu "Liverpul"a keçir


İngiltərənin "Bornmut" klubunun futbolçusu Miloş Kerkez karyerasını "Liverpul"da davam etdirməyə yaxındır.

"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, Mersisayd təmsilçisi 21 yaşlı müdafiəçinin transferi ilə bağlı danışıqların növbəti mərhələsini yekunlaşdırmaq üzrədir. Klub ötən həftə macarıstanlı oyunçu ilə şəxsi şərtləri razılaşdırıb.

Qeyd edək ki, M.Kerkez başa çatan mövsümdə "Bornmut"da 41 oyun keçirib, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Oxşar xəbərlər

"Liverpul"un futbolçusu karyerasını İspaniya klubunda davam etdirəcək
"Liverpul" Niderland millisinin futbolçusu ilə razılıq əldə edib
"Roma"nın futbolçusu Almaniya çempionuna keçir
İngiltərəli məşhur futbolçu "Monako"ya keçir
"Liverpul" klubu iki aparıcı futbolçusu ilə müqavilənin müddətini uzada bilər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle