İngiltərəli məşhur futbolçu "Monako"ya keçir
sizinxeber.az xəbər saytı

İngiltərəli məşhur futbolçu "Monako"ya keçir


Niderlandın "Ayaks" klubunun futbolçusu Cordan Henderson karyerasını Fransa təmsilçisi "Monako"da davam etdirəcək.

"Sizinxeber.az"un məlumatına görə, bu barədə məşhur insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, Liqa 1-də çıxış edən komanda 34 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalayacaq. İngiltərəli oyunçunun sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulacaq.

Qeyd edək ki. "Liverpul"un sabiq kapitanı olan Henderson Mersisayd təmsilçisi ilə UEFA Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının qalibi olub.

Oxşar xəbərlər

"Qalatasaray" müdafiəçi üçün PSJ-yə təklif göndərib
PSJ-nin sabiq futbolçusu Qətər klubuna keçir
"Milan" futbolçusu ilə razılığa gəlib
"Mançester Siti"nin futbolçusu karyerasını İtaliyada davam etdirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər