

Elmar Baxşıyev: "Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik"
Misli Premyer Liqası təmsilçisi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev yeni müqavilə imzalaması ilə bağlı fikirlərini bölüşüb.
"Sizinxeber.az"un Naxçıvan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis klubla danışıqların uğurlu alındığını deyib.
O, təklif olunan şərtlərin qane etdiyi üçün, yeni müqaviləyə imza atdığını vurğulayıb:
“Rəhbərliklə görüşdük, həm başa çatan mövsümü müzakirə etdik, həm də yeni futbol ili ilə bağlı fikirlərimizi bölüşdük. Danışıqlar uğurlu alındı və “Araz-Naxçıvan” layihəsində işimi davam etdirmək qərarına gəldim. Daha yaxşı komanda qura, nəticələrimizi inkişaf etdirə bilərik. Komanda başa çatan mövsümdə həqiqətən böyük iş gördü. Çətinliklərə baxmayaraq, tarixində ilk dəfə medalçılar sırasına düşdü, avrokuboklarda oynamaq imkanı qazandı. Ortaq məxrəcə gəldik ki, bu uğurlu qrafiki birgə davam etdirək. Şərtlər qane etdiyinə görə, yeni müqavilə imzaladıq".
E.Baxşıyev komandanın hazırlıq planına toxunub:
Əlbəttə, bizi daha çətin və məsuliyyətli bir futbol ili gözləyir. Artıq planlar məlumdur. Komanda 2 mərhələdən ibarət hazırlıq keçəcək. Əvvəlcə Bakıda toplaşacağıq. Həmin vaxta qədər komandanı komplektləşdirməyə çalışacağıq. Heyətimizdə dəyişikliklər olacaq. Ayrılanlarla bərabər, yenilər də gələcək. Bununla bağlı zamanla məlumat veriləcək. Axtarışlarımız başlayıb. Türkiyədə isə yoxlama oyunları keçirməklə çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Sparrinq-rəqiblərimiz qarşıdakı günlərdə məlum olacaq”.
Qeyd edək ki, Naxçıvan təmsilçisi Misli Premyer Liqasında 2024/2025 mövsümünü üçüncü pillədə bitirərək UEFA Konfrans Liqasına vəsiqə qazanıb.
Oxşar xəbərlər
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Nə düşünmüşdüksə, komanda onu yerinə yetirməyə çalışdı"
"Araz-Naxçıvan"ın baş məşqçisi futbolçularına göstərilən ikinci sarı vərəqədən narazı qalıb
"Araz-Naxçıvan"ın baş məşqçisi: "Zədəli futbolçuların dönüşündən sonra hücumda daha kəsərli olacağıq"
"Araz-Naxçıvan" futzal klubu yeni baş məşqçisi ilə müqavilə bağlayıb
"Araz-Naxçıvan" Premyer Liqa tarixində ilk dəfə turu birinci pillədə başa vurub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
