Fransa klubu "Barselona"nın futbolçusunu transfer etməyə yaxındır
sizinxeber.az xəbər saytı

Fransa klubu "Barselona"nın futbolçusunu transfer etməyə yaxındır


Fransanın "Monako" klubu İspaniyanın "Barselona" komandasının hücumçusu Ansi Fatini heyətinə qatmağa yaxındır.

"Report" xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Liqa 1 təmsilçisi ispaniyalı futbolçunu satın alınması variantı ilə icarəyə götürməyi planlaşdırır.

Fatinin özünün də Fransa klubuna keçməyə hazır olduğu bildirilir.

Qeyd edək ki, forvard cari mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 11 oyun keçirsə də, qol vura bilməyib. Onun kataloniyalılarla olan müqavilə müddəti 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Oxşar xəbərlər

"Barselona" hücumçusu ilə yollarını ayıra bilər
"Barselona" "Mançester Siti"nin futbolçusunu transfer etmək istəyir
"Barselona" "Monako"nun vingerini almaq istəyir
Premyer Liqa klubu "Barselona"nın futbolçusunu transfer edib
"Tottenhem" "Barselona"nın hücumçusunu transfer etməkdə maraqlıdır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər