Qırğızıstanlı nazir: "Azərbaycanla gələcək qarşılıqlı fəaliyyət üçün çox böyük potensial görürük" - MÜSAHİBƏ
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində müasir şəhərlərin gələcəyi, dayanıqlı inkişaf və qabaqcıl tikinti texnologiyalarının tətbiqi barədə mühüm müzakirələr aparılır. Bu il Qırğızıstan ilk dəfə olaraq belə irimiqyaslı tədbirdə rəsmi şəkildə iştirak edir, özünün iddialı şəhərsalma layihələrini təqdim edir.
Qırğızıstanın tikinti, memarlıq, mənzil və kommunal təsərrüfatı naziri Nurdan Oruntaev ölkəsinin forumda iştirakın əsas məqsədləri, qlobal tikinti standartlarının ölkəsinə adaptasiyası barədə "Sizinxeber.az"a müsahibə verib.
Həmin müsahibəni oxucularımıza təqdim edirik:
- Qırğızıstan WUF13-də iştirakının yekunlarına əsasən hansı əsas praktiki nəticələri və ya qərarları əldə etməyi hədəfləyir?
- Bu, bizim Ümumdünya Şəhərsalma Forumunda ilk iştirakımızdır. Gələcəkdə də bu cür tədbirlərdə mütəmadi olaraq təmsil olunmağı planlaşdırırıq. Hazırda bizim üçün əsas məqsəd təcrübə qazanmaqdır. Bu, yerli şəhərsalma sahəsinin zamanla ayaqlaşması və digər ölkələrdən geri qalmaması üçün olduqca vacibdir.
Bundan əlavə, biz burada Qırğızıstanda yeni tikintilərə yönəlmiş memarlıq nümunələrimizi və kompleks tikinti layihələrimizi nümayiş etdiririk. Artıq uğurla icra olunan, tikintisi davam edən və ya tamamilə başa çatmış bir sıra layihələri təqdim edirik. Xüsusilə, İssık-Kul vilayətinin Tamçı şəhərindəki beşulduzlu hotelləri, eləcə də Bişkekdəki kompleks yaşayış binalarının layihələrini qeyd edə bilərəm.
Həmçinin xüsusi qürur hissi ilə qeyd edə bilərik ki, bu gün postsovet məkanında ekoloji cəhətdən tam formalaşmış ilk tullantıların təkrar emalı zavodunu istifadəyə verməyə nail olmuşuq. Bütün bu obyektlərin gələn yay və ya növbəti il tam istismara verilməsi planlaşdırılır.
- Forumun təşkilatçılıq səviyyəsini necə qiymətləndirirsiniz?
- Forumun təşkili yüksək səviyyədədir. WUF13 çərçivəsində keçirilən tədbirlər təcrübə mübadiləsi üçün son dərəcə effektivdir.
- Azərbaycan hazırda Qarabağda genişmiqyaslı şəhərsalma və ərazilərin bərpası layihələri həyata keçirir. Azərbaycanda şəhərsalma üzrə hansı layihələr sizin üçün maraqlıdır? Ümumiyyətlə, şəhərsalmanın hansı sahələrində Azərbaycanla əməkdaşlıq üçün daha böyük potensial görürsünüz?
- İlk növbədə, Azərbaycan paytaxtı Bakı şəhərində icra olunan layihələr. Eyni zamanda, hazırda çox sayda infrastruktur və tikinti layihələrinin icra olunduğu Azərbaycanın Qarabağ regionu qeyd etmək lazımdır. Respublikamız artıq bu prosesdə iştirak etməyə imkan tapıb. Belə ki, Qırğızıstan Prezidenti Sadır Japarovun tapşırığı ilə həmin ərazilərdə yeni, müasir məktəb tikilib. Biz gələcək qarşılıqlı fəaliyyət və şəhərsalma təcrübəsinin mübadiləsi üçün çox böyük potensial görürük.
- Forumda təqdim olunan elə bir konkret urbanistik və ya texnoloji həllər varmı ki, Qırğızıstan onları mənimsəməyi və özündə tətbiq etməyi planlaşdırmı?
- Texnologiyaların adaptasiyasına gəlincə, Qırğızıstanda artıq Çin, Yaponiya texnologiyalarından, həmçinin Avropa İttifaqı, ABŞ və digər ölkələrin standartlarından geniş istifadə olunur. Biz regionda rəsmi səviyyədə altı dövlətin tikinti normaları əsasında layihələndirmə və tikintiyə icazə verən ilk respublika olduq. Buraya Çin, Yaponiya, Cənubi Koreya, Rusiya və ABŞ standartları daxildir. Bu qabaqcıl dünya texnologiyalarından istifadə edilməsi bizə ölkə daxilində yeni irimiqyaslı layihələri effektiv şəkildə həyata keçirmək üçün mükəmməl imkanlar yaradır.
- Qırğızıstanın bu forumda beynəlxalq birliyə çatdırmaq istədiyi əsas mesaj və ya çağırış nədir?
-Qırğızıstan Prezidenti dünən şəxsən forumun keçirildiyi məkana gəlib və bu gün onun işində fəal iştirak edir. Bizim əsas mesajımız - əməkdaşlığa açıq olmaq, dayanıqlı inkişaf və şəhərsalmada dünyanın ən yaxşı "yaşıl" və texnoloji həllərinin inteqrasiyasıdır.
Oxşar xəbərlər
Nazir: Qırğızıstan zəlzələyədavamlı tikinti sahəsində Bakının təcrübəsini öyrənməkdə maraqlıdır - EKSKLÜZİV
Nqa Kor Minq: Bakıda keçirilən WUF13-ün yekunlarına əsasən konkret fəaliyyət planı hazırlanmalıdır
Misirin mənzil tikintisi naziri WUF13-də iştirak edəcək
Alibek Amanbay: Qazaxıstan WUF13-də Bakının urbanistika sahəsindəki təcrübəsini öyrənir - EKSKLÜZİV
Çinin Şəhərsalma Planlaşdırması Cəmiyyəti Azərbaycanla əməkdaşlıqda maraqlıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kredit götürənin sosial yardımı kəsiləcək? - VACİB AÇIQLAMA
-
İranda hərbi əməliyyatlar yenidən başlayır? - Netanyahu və Tramp nələri müzakirə etdilər?
-
Gecikənlər DİM-in açıqlamasını yalanladı - İmtahan qalmaqalı
-
Azərbaycanın gülçə atıcısı Avropa çempionatında bürünc medal qazanıb
-
Ronaldo gümüş almaqdan imtina etdi
-
Rövşən Nəcəf: "Sabah" klubunu ürəkdən təbrik edirəm
