Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən ÜÇ GƏNC HƏBS EDİLDİ
Şəmkirdə üç gənc həbs olunub.
Sizinxeber.az Lent.az-a istinadən xəbər verir ki, üç həmkəndli - 22 yaşlı Zaur Hümbətov, 20 yaşlı İsgəndər Səfərov və 25 yaşlı Tofiq Kərimov (adlar və soyadlar şərtidir) - avtomobildə olarkən "TikTok" platformasında canlı yayım açıb.
Bu zaman dostlar nalayiq ifadələr işlədiblər və rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, şöbəyə aparılıblar.
Burada onların barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Gənclər bildiriblər ki, canlı yayımı onlardan biri açıb və digərlərinin bundan xəbəri olmayıb. Həmçinin onlar canlı yayımın bağlanmasını istəyiblər. Canlı yayımı açan şəxsin sözlərinə görə, mikrofonu bağladığını düşünsə də, sonradan yanıldığını görüb. Nəticədə dostların danışıq zamanı yol verdiyi bütün nalayiq sözlər canlıya düşüb. Onlar əməllərindən peşman olduqlarını bildiriblər.
Məhkəmənin qərarı ilə həmkəndlilərin hər biri barəsində 15 günlük inzibati həbs qərarı seçilib.
Oxşar xəbərlər
Naftalanda yeniyetməni zibil qutusuna atdılar, videosunu TikTok-da yaydılar
16 yaşlı övladını evləndirmək istəyən ata həbs olundu
Xəzər rayonunda 6 kiloqramdan çox narkotik dövriyyədən çıxarılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
-
Azərbaycanda ödənişli hərbi xidmət olacaq? - Rəsmi AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında üçüncü qol vurulub - YENİLƏNİR-5
