İsrail Minifutbol Federasiyasının nümayəndəsi: "Bakıdakı dünya çempionatı çox gözəl təşkil olunub"
Bakıdakı dünya çempionatı çox gözəl təşkil olunub.
Bunu "Report"a açıqlamasında İsrail Minifutbol Federasiyasının nümayəndəsi Qay Vaynerman deyib.
O, Bakıda keçirilən dünya çempionatının açılış mərasimini çox bəyəndiyini söyləyib:
"Açılış həqiqətən əla alındı. Burada gördüklərimiz bizi sözün ən yaxşı mənasında təəccübləndirdi. Həmin vaxt olan atmosferi sözlə ifadə edə bilmirəm. Milli Gimnastika Arenası çox gözəldir. Daha əvvəl İsrail yığması ilə 4 dəfə beynəlxalq turnirlərdə iştirak etmişəm. Həmin yarışlar da gözəl təşkil olunmuşdu. Lakin Azərbaycan daha fərqlidir".
Qay Vaynerman Serbiya yığmasına məğlub olduqları oyunu da şərh edib:
"Dünya çempionatındakı ən çətin rəqiblərdən biri ilə qarşılaşdıq. Əlimizdən gələni etsək də, nəticə ürəkaçan olmadı. Rəqibin heyəti güclü futbolçulardan təşkil olunub. Daha çox müdafiədən oyun qurmağa çalışırdıq. Əminliklə söyləyə bilərəm ki, bu bizim ən yaxşı çıxışımız deyil. Növbəti görüşlərdə daha yaxşı nəticələr qazanmağa çalıçacağıq".
Qeyd edək ki, İsral millisi H qrupundakı ilk matçında Serbiyaya 0:3 hesabı ilə uduzub.
Oxşar xəbərlər
Minifutbol üzrə dünya çempionatı: Bu gün daha 8 qarşılaşma baş tutacaq
ABŞ minifutbol yığmasının üzvü: "Milli Gimnastika Arenasına heyran qaldıq"
Milli Gimnastika Arenasında minifutbol üzrə dünya çempionatının daha bir oyunu keçirilib
Minifutbol üzrə dünya çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında görüləcək işlərin siyahısı açıqlanıb
Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Bakıdakı mundialda daha güclü və qalib komanda görəcəksiniz"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













