Sizinxeber.az » İdman » Futbol » “Qarabağ” Azərbaycan çempionatlarında 100-cü böyükhesablı ev qələbəsini qazanıb

“Qarabağ” Azərbaycan çempionatlarında 100-cü böyükhesablı ev qələbəsini qazanıb

“Qarabağ” Azərbaycan çempionatlarında 100-cü böyükhesablı ev qələbəsini qazanıb.

"Sizinxeber.az" Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXXV turuna təsadüf edib.

Ağdam klubu öz meydanında “Kəpəz”in qapısından 3 cavabsız top keçirib. “Qarabağ” ölkə çempionatları tarixində evdə ən çox böyükhesablı qələbə qazanan komandadır.

Bölgə təmsilçisinin ilk belə qalibiyyəti 1992-ci il mayın 6-da qeydə alınıb. “Qarabağ” Kürdəmir “Şirvan”ını 6:0 hesabı ilə məğlub edib.

Ağdam klubu öz meydanında 32 fərqli rəqibi 3 və ya daha çox top fərqi ilə üstələyib. “Qarabağ” “Sumqayıt”a daha çox – 10 dəfə böyük hesabla qalib gəlib. “Qəbələ” 9, “Şamaxı” və “Kəpəz” 8, “Neftçi” 7, “Səbail” 6, “Bakı” 5, “Xəzər” (Sumqayıt) 4, “Pambıqçı” (Bərdə), “Şahdağ” (Qusar), “ANS Pivani”, MOİK və “Turan” 3, “Viləş”, “Pambıqçı” (Neftçala), “Bakılı”, “Ədliyyə”, “Rəvan”, “Zirə”, AZAL, “Sabah” və “Turan Tovuz” 2, “Şirvan” (Kürdəmir), “Plastik”, “Daşqın”, “Kürmük”, “Avtomobilçi”, “Azəri”, “Şəmkir”, “Dalğıc ADNŞ”, “Araz-Naxçıvan” və “Xəzər Lənkəran” 1 dəfə belə məğlubiyyət alıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !