Sizinxeber.az » İdman » Futbol » Azərbaycan çempionatları tarixində 400-cü dəfə 3:0 hesabı qeydə alınıb

Azərbaycan çempionatları tarixində 400-cü dəfə 3:0 hesabı qeydə alınıb

Azərbaycan çempionatları tarixində 400-cü dəfə 3:0 hesabı qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, Misli Premyer Liqasının XXVIII turunun “Zirə” - “Şamaxı” matçına (3:0) təsadüf edib.

Turnirdə ilk 3:0 1992-ci il mayın 3-də qeydə alınıb. Həmin gün “Pambıqçı” (Bərdə) “Şirvan”a (Kürdəmir) 3 cavabsız qolla qalib gəlib. Çempionatın 33 illik tarixində 3:0 hesabı ilə ən çox qələbə qazanan komanda “Qarabağ”dır – 65 dəfə. “Neftçi” 41, “Kəpəz” 31 dəfə üç cavabsız qola sevinib.

Gəncə təmsilçisi həm də hamıdan çox – 27 dəfə 0:3-ə üzülüb. MOİK 25, “Qəbələ” 22 dəfə belə məğlubiyyət alıb.

Qeyd edək ki, “Zirə” və “Şamaxı” üçün bu nəticə 12-ci olub. Bakı klubu bu hesabla 12-ci qələbəsini qazanıbsa, qonaqlar 12-ci dəfə üç cavabsız qolla uduzublar.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !