Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb
sizinxeber.az xəbər saytı

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb


Futbol üzrə Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasının mətbuat xidmətindən məlumat verilib.

Biletlərin qiymətləri yerlərdən asılı olaraq 3, 5, 10, 15, 20, 30 və 50 ("VIP Lounge") manatdır.

Mayın 31-də, saat 19:00-da başlayacaq “Qarabağ” – “Sabah” qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından, eləcə də Gənclik Mall, 28 Mall, Heydər Əliyev Sarayı, Köşk №1 (M.Rəsulzadə 3., Bakı), Köşk №2 (Bülbül pr. Nizami küç, Bakı), 1 saylı "ASAN xidmət”, 2 saylı "ASAN xidmət”, 3 saylı "ASAN xidmət", 4 saylı "ASAN xidmət” və 1 saylı Sumqayıt "ASAN xidmət" mərkəzlərindən əldə etmək mümkün olacaq.

Matçın keçiriləcəyi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun kassalarında isə bilet satışı oyun günü həyata keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan - Haiti oyununun biletləri satışa çıxarılıb
Azərbaycan - Estoniya oyununun biletləri satışa çıxarılıb
AVRO-2024: Azərbaycan - Avstriya oyununun biletləri oktyabrın 6-da satışa çıxarılacaq
"ASAN xidmət" və "ASAN kommunal" mərkəzlərinin bayram günlərində iş qrafiki açıqlanıb
Azərbaycan Kuboku: "Neftçi" - "Sabah" oyununun biletləri satışa çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər