Azərbaycan Kuboku: "Neftçi" - "Sabah" oyununun biletləri satışa çıxarılıb
“Neftçi” və “Sabah” komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçının biletləri bu gün satışa çıxarılıb.
"Ağa-qaralar"ın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, biletlərin qiyməti sektorlardan asılı olaraq 2, 3, 5, 15 və 20 manatdır.
Biletlər "iticket.az" saytı və qarşılaşmanın keçiriləcəyi “Neftçi Arena”nın kassalarında satılacaq. "Neftçi" - "Sabah" görüşü aprelin 2-də, saat 19:30-da başlayacaq.
Yarımfinal mərhələsinin digər cütünü "Qarabağ"la "Araz-Naxçıvan" formalaşdırıb. Bu komandalar arasında ilk oyun aprelin 2-də, saat 17:00-da "Liv Bona Dea Arena"da baş tutacaq.
Qeyd edək ki, cavab qarşılaşmaları aprelin 23-də keçiriləcək.
Oxşar xəbərlər
"Neftçi" – “Qarabağ” matçının biletləri satışa çıxarılıb
Azərbaycan Kuboku: Yarımfinal mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb
FIBA Avropa Kuboku: "Sabah" - "Marussi" oyununun biletləri satışa çıxarılıb
"Neftçi" - "Sabah" oyununun yeri dəyişdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
