"Səbail"in kapitanı: "Adımıza ləkə düşdü, komandanın I Liqaya düşməsinə səbəbkar olduq"
"Səbail"in futbolçusu Yusif Nəbiyev komandanın Misli Premyer Liqasından aşağı dəstəyə düşməsinə münasibət bildirib.
27 yaşlı cinah müdafiəçisi bu barədə "Report"a açıqlama verib.
Kapitan məyus olduqlarını bildirib:
"Vəziyyətimiz onsuz da çətinləşmişdi. Digər komandalarla xal fərqi artmışdı. Bu durumdan çıxmaq üçün özümüzə motivasiya verdik. Amma alınmadı, məyusuq. Belə olmasını istəməzdik. Bir futbolçu kimi adımıza da ləkə düşdü. Komandanın I Liqaya düşməsinə səbəbkar olduq. Vəziyyət yaxşı deyil. Söhbət tək futbolçulardan getmir. Orada çalışan işçilər, ailəsini saxlayan insanlar var idi".
Y.Nəbiyev "dənizçilər"in Premyer Liqaya qayıdacağına ümid etdiyini söyləyib:
"Hazırda bəzi məsələlər barədə məlumatım yoxdur. Komanda I Liqada çempionluq uğrunda mübarizə aparacaqmı? Bilmirəm. Ümid edirəm ki, elitaya qayıtmaq üçün oynayarlar və yenidən əsas çempionatda mübarizə apararlar. "Səbail" həqiqəqən yaxşı klubdur".
O, öz karyerası ilə bağlı qısa danışıb:
"Hələlik hansısa fikrim yoxdur. Necə olacağını gözləyirəm. Başqa klub və müqavilə barədə düşünmürəm. Qarşıda iki matçımız var. Bu oyunlar bitdikdən sonra irəli baxacağıq".
Qeyd edək ki, "Səbail" 22 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb. Bakılılar sona iki tur qalmış doqquzuncu olan "Sumqayıt"dan 8 xal geri qalır.
Oxşar xəbərlər
“Səbail”in kapitanı: “Məğlubiyyətlərdə futbolçuların da günahı var”
“Şamaxı”nın İdarə Heyətinin sədri: Premyer Liqaya qayıdaraq tarixi gerçəkləşdirdik - MÜSAHİBƏ
"Kəpəz"in sabiq baş məşqçisi: "Əmin idim ki, komanda Premyer Liqanı tərk etməyəcək"
"Qəbələ" Premyer Liqaya vəsiqəni təmin edib
"Zirə"nin müdafiəçisi: "Qarabağ"dan çempionluğu almaq çətin missiyadır, amma futbolda sürprizlər olur - MÜSAHİBƏ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian: "İran hökuməti xalqın səsini eşitməyə və islahatlar keçirməyə hazırdır"
-
İranda etirazlar davam edir: Kinorejissor və general öldürüldülər
-
İran polisi Luristanda iğtişaşların 100-dən çox iştirakçısını saxlayıb
-
İranda 60 saatdan çoxdur ki, internet yoxdur
-
KİV: İrandakı etirazlarda ölənlərin sayı 544-ə çatıb
-
Rza Pəhləvi İrandakı etirazlar fonunda beynəlxalq dəstəyin tezliklə çatacağını bildirib












