“Şamaxı”nın İdarə Heyətinin sədri: Premyer Liqaya qayıdaraq tarixi gerçəkləşdirdik - MÜSAHİBƏ
Futbol üzrə I Liqada çempion olan “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub "Report"un suallarını cavablandırıb.
Funksioner çempionluq təəssüratlarından, komandanın qarşısına qoyduğu məqsədlərdən söz açıb.
- Azərbaycan I Liqasının qalibi oldunuz. Çempionluq təəssuratlarınızı öyrənmək maraqlı olardı.
- Mövsümün əvvəlindən qarşımızda bir hədəf var idi: çempion olub yenidən Premyer Liqaya qayıtmaq. Düzdür, çox ağır mövsüm oldu, çempionluğu son oyunda rəsmiləşdirdik. Hətta 6 tur öncə liderdən 7 xal geri qalırdıq. Lakin son oyunlarda xal fərqini aradan qaldırmağı bacardıq. Azərbaycan futbolunda illər sonra I Liqaya düşdükdən bir mövsüm sonra yenidən Premyer Liqaya qayıdaraq tarixi gerçəkləşdirdik.
- İlk dəfə Azərbaycan klubu aşağı dəstəyə düşür və bir mövsüm sonra çempion kimi yenidən elitaya dönür. Belə bir ilkə imza atacağınızı gözləyirdiniz?
- Birinci sualda dediyim kimi, mövsümün əvvəlində bir məqsədimiz var idi. Təbii ki, buna inanırdıq və bacardıq.
- “Qəbələ” klubuna sizə baxıb örnək götürməsini məsləhət görəcəksiniz?
- Bizim kiməsə məsləhət verməyimiz düzgün olmaz. Onlara növbəti mövsümdə uğurlar arzulayıram.
- Yeni mövsümdən Premyer Liqada çıxış edəcəksiniz. Komandanın qarşısına qoyulacaq məqsədlər nədən ibarət olacaq?
- İlkin məqsəd Premyer Liqada möhkəmlənməkdir. Bunun üçün çalışacağıq. Qarşıdakı günlərdə artıq yeni mövsümün hazırlıqlarına başlayacağıq.
- Legioner futbolçular cəlb etməyi düşünürsünüz?
- Hələ ki, növbəti mövsümün müzakirələrinə başlamamışıq. Klubdaxili müzakirələr olduqdan sonra bu barədə qərar veriləcək.
- Baş məşqçi Ramiz Məmmədovla yola davam edəcəksiniz?
- Ramiz Məmmədovu da təbrik edirəm, onun çempionluqda payı çoxdu. İki gün əvvəl çempion olduq, dünən isə mükafatlandırma mərasimi baş tutdu. Gərgin mövsümdən sonra hamı bir neçə gün dincələcək. Çox ağır mövsüm keçdiyinə görə komanda istirahətə buraxılıb. Növbəti günlərdə Ramiz müəllimlə görüşüb danışacağıq.
Oxşar xəbərlər
"Çelsi" klubu İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Turan Tovuz”un 250 oyun keçirən kapitanı: “Heç kim onun rekordunu qıra bilməyəcək” - MÜSAHİBƏ + FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Kəpəz” rəsmisi: “Məşqçilərə və futbolçulara çatdırılıb ki, hədəf Premyer Liqada qalmaqdır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: mövsümün ilk yarısında ən çox oyun idarə etmiş hakimlər - SİYAHI [xfgiven_updateblue][/xfgiven_updateblue]
"Zirə"nin baş məşqçisi: "Bu mövsüm çempion olacağımıza ümid edirəm" [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












