"Qəbələ" Premyer Liqaya vəsiqəni təmin edib
"Qəbələ" komandası futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqəni təmin edib.
"Sizinxeber.az"un məlumatına görə, "qırmızı-qaralar" buna I Liqanın XX turunda səfərdə "Baku Sportinq"ə qalib gəlməklə (5:0) nail olub.
Hazırda lider olan və xallarının sayını 52-yə çatdıran bölgə təmsilçisinin çempionatı ilk "3-lük"də başa vuracağı rəsmiləşib.
Dördüncü sıradakı "Baku Sportinq"in 26 xalı var. Mövsümün başa çatmasına 7 tur qalıb. AFFA-nın Lisenziya Komissiyası növbəti mövsüm Misli Premyer Liqasında iştirak edəcək klublarla bağlı qərar verəcək.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, növbəti mövsüm Premyer Liqada 12 komanda iştirak edəcək, I Liqadan 3 klub elitaya yüksələcək. "Qəbələ" 2023/2024 mövsümündə sonuncu pilləni tutaraq aşağı diviziona düşüb.
Oxşar xəbərlər
Azərbaycan I Liqasının yeni formatı bəlli olub
Azərbaycan Premyer Liqasında komanda sayı artırılacaq
"Araz-Naxçıvan" Premyer Liqada növbəti qələbəsini qazanıb
"Mançester Yunayted" Premyer Liqa tarixinə düşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
