AFFA iki futbolçunu dörd oyunluq diskvalifikasiya edib
sizinxeber.az xəbər saytı

AFFA iki futbolçunu dörd oyunluq diskvalifikasiya edib


AFFA Azərbaycanın I Liqasında çıxış edən "Cəbrayıl"ın futbolçusunu 3, "Difai" və "Mingəçevir" klublarının oyunçularını isə 4 oyunluq cəzalandırıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

I Liqanın XXIV turunda baş tutan “Cəbrayıl” – “Baku Sporting” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Tapdıq Əhmədov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanıb. Bölgə təmsilçisi 200 manat cərimələnib.

Bundan başqa, xərəkdaşıyanların say limiti pozulduğuna görə “Cəbrayıl” komandası 80 manat, 4 futbolçusu sarı vərəqə görən "Baku Sporting” isə 70 manat ziyana düşüb.

“Difai” – “Mingəçevir” oyunu bitdikdən sonra “Difai”dən Riad Abbaszadə, "Mingəçevir"dən isə Elməddin Məmmədov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqları üçün 4 oyun cəzalanıblar. Hər iki klub futbolçularının hərəkətlərnə görə 300 manat cərimələnib.

Mingəçevir təmsilçisi həmçinin oyununun 61-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə 150 manat ödəyəcək.

Oxşar xəbərlər

AFFA “Göygöl”ün futbolçusunu 3 oyunluq cəzalandırıb
AFFA I Liqa klubuna texniki məğlubiyyət verib
Azərbaycan klubunun prezidenti 5 oyunluq cəzalanıb
AFFA Region Liqasında çıxış edən 3 futbolçuya 4 oyunluq cəza verilib
“Qəbələ”nin futbolçusu 4 oyunluq cəzalandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər