Azərbaycan klubunun prezidenti 5 oyunluq cəzalanıb
Futbol üzrə Azərbaycan II Liqasında çıxış edən “Hypers Guba” klubunun prezidenti Ayaz Abdullayev 5 oyunluq cəzalanıb.
“Report” xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
Prezidentin cəzalanmasına səbəb XIX turda baş tutan “Ağdaş”la oyundan sonra hakimi təhqir etməsi olub. klub rəsmisinə bu hərəkətinə görə 3 oyun şərti olmaqla 5 oyun cəza verilib. Həmçinin “Hypers Guba” 400 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.
“Hypers Guba”nın məşqçisi Rəsul Babazadə isə meydana daxil olaraq hakimi təhdid etdiyinə görə 2 oyun cəzalanıb, klub 100 manat cərimələnib. Bununla yanaşı Quba təmsilçisinin futbolçusu Baxşəli Baxşəliyev “Ağdaş”la oyununun 89-cu dəqiqəsində ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, klub 150 manat cərimələnib. Komandanın digər üzvü Xaqan Məmmədov isə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzaya məruz qalıb. Üstəlik onun hərəkəti klubu 50 manat ziyana salıb. Həmçinin 5 futbolçusu sarı vərəqə aldığı üçün "Hypers Guba" əlavə 70 manat da ödəməli olacaq.
Quba klubu meydançaya kənar şəxslər daxil olduğuna görə 80 manat cərimələnib.
Oxşar xəbərlər
Azərbaycan millisinin sabiq futbolçusu dörd oyunluq cəzalanıb
"Ağdaş" klubunun futbolçusu 4 oyunluq cəzalandırılıb
AFFA I Liqa klubuna texniki məğlubiyyət verib
"Araz-Naxçıvan" - "Qarabağ" matçında baş verən qalmaqalla bağlı AFFA-nın qərarları açıqlanıb
Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













