AFFA Region Liqasında çıxış edən 3 futbolçuya 4 oyunluq cəza verilib
sizinxeber.az xəbər saytı

AFFA Region Liqasında çıxış edən 3 futbolçuya 4 oyunluq cəza verilib


AFFA Region Liqasında çıxış edən 3 futbolçuya 4 oyunluq cəza verilib.

“Sizinxeber.az”un məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Martın 29-da baş tutan “Ərgünəş” - “Hacıqabul” matçı bitdikdən sonra qonaqların futbolçusu Musa Abdullayev hakimi təhqir etdiyi üçün qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzalanıb.

“Xanlıq” komandasının üzvü Elşad Hacıyev “Cəngi” ilə görüşün 32-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq diskvalifikasiya edilib.

Həmçinin “Mil” - “Lokomotiv” görüşündə qonaqların futbolçusu Hüseyn Əliyev qarşılaşmanın 90+1-ci dəqiqəsində təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyunluq cəzaya məruz qalıb.

Oxşar xəbərlər

“Qəbələ”nin futbolçusu 10 oyunluq cəzalanıb
AFFA Yüksək Qızlar Liqasında çıxış edən klubun futbolçusu 4 oyunluq cəzalanıb
Azərbaycan klubunun baş məşqçisi 5 oyunluq cəzalandırılıb 
"Atletiko"nun hakimi təhqir edən futbolçusu beş oyunluq cəza alıb
“Qarabağ”ın baş məşqçisi təhqir və təhdidə görə 5 oyunluq cəzalandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər