AFFA I Liqa klubuna texniki məğlubiyyət verib
AFFA I Liqa klubu "Difai"yə texniki məğlubiyyət verib.
"Report" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.
"Difai"nin cəzalanmasına XI turun MOİK-lə matçının 90+3-cü dəqiqəsində adı protokolda olmayan futbolçunun meydana buraxılması səbəb olub. Bununla yanaşı, komanda 400 manat cərimələnib.
Texniki məğlubiyyətlə yanaşı, "Difai"nin iki futbolçusu da cəzalandırılıb. 73-cü dəqiqədə Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq diskvalifikasiya olunub. Bəşir Ayralov isə 63-cü dqiqədə ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb. "Difai" həmçinin bu futbolçulara görə ümumilikdə 200 manat cərimələnib.
U-13 Liqasında çıxış edən "Qax 1967" komandasına da texniki məğlubiyyət verilib. Buna komandanın dekabrın 22-də keçirilməli olan "Kürmük"lə görüşdə təyin edilən vaxtda meydana çıxmaması səbəb olub.
Oxşar xəbərlər
AFFA iki komandaya texniki məğlubiyyət verib
"Göygöl" komandasına texniki məğlubiyyət verilib
AFFA İntizam Komitəsi II Liqa təmsilçisinə texniki məğlubiyyət verib
MOİK-in məşqçisi 5 oyunluq cəzalandırılıb
AFFA 10 kluba texniki məğlubiyyət verib, “Karvan”ı çempionatdan kənarlaşdırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













