Dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında minifutbol turnirinin mükafatlandırma mərasimi keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, turnirin qalibi Ədliyyə Nazirliyinin komandasına qızıl, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təmsilçisinə gümüş, Daxili İşlər Nazirliyinin oyunçularına isə bürünc medallar təqdim olunub.
Həmçinin ən yaxşı oyunçu, ən yaxşı qapıçı seçilən komanda üzvlərinə və bombardirə xüsusi mükafatlar təqdim olunub.
Mükafatları qaliblərə Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəhbəri Elnur Məmmədov, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov təqdim edib.
Qeyd edək ki, Bakı Tennis Akademiyasında baş tutan həlledici matçda Ədliyyə Nazirliyinin komandası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin kollektivini 3:0 hesabı ilə məğlub edib. Daxili İşlər Nazirliyinin komandası isə üçüncü olub.
Oxşar xəbərlər
Ədliyyə Nazirliyinin komandasının baş məşqçisi: "Əzmkarlıq, döyüşkənlik göstərdik"
Minifutbol üzrə Azərbaycan çempionatının ən güclü komandaları və oyunçuları mükafatlandırılıb
Bakıda “Çempionların savaşı” turnirinin bağlanış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
