"Qarabağ"ın futbolçusu Mahmud Qurbanovun rekordunu təkrarlayıb
“Qarabağ”ın kapitanı Bədavi Hüseynov 11-ci dəfə Azərbaycan çempionu olub.
"Sizinxeber.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 34 yaşlı müdafiəçi komandası ilə birlikdə Misli Premyer Liqasının 2024/2025 mövsümünün qızıl medalını təmin etməklə Mahmud Qurbanovun rekordunu təkrarlayıb.
2012-ci ilin yayından Ağdam klubunda çıxış edən Hüseynov bütün titullarını indiki komandası ilə qazanıb. Müdafiəçi bunadək 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020, 2021/2022, 2022/2023 və 2023/2024 mövsümlərində də Azərbaycan çempionu adına sahib çıxıb.
Bədavi Hüseynov bununla da Azərbaycan çempionatları tarixinin rekordunu təkrarlayıb. O, Mahmud Qurbanova məxsus göstəriciyə çatıb. Sabiq yarımmüdafiəçi 6 fərqli klubda 11 qızıl medala sahib çıxıb. O, “Kəpəz” (1994/95, 1997/98, 1998/99), “Neftçi” (1996/97, 2003/04, 2004/05), “Şəmkir” (1999/2000, 2000/01), “Xəzər Lənkəran” (2006/07), “İnter” (2007/08) və “Bakı”da (2008/09) bu sevinci yaşayıb.
Oxşar xəbərlər
"Qarabağ" son 21 mövsümün rekordunu təkrarlayıb
“Qarabağ” Azərbaycan Kubokunda yeni rekorda imza atıb
"Qarabağ"ı məğlub edən "Turan Tovuz" "Şəmkir" və "Neftçi"nin göstəricisini təkrarlayıb
“Araz-Naxçıvan” tarixinin rekordunu təkrarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
