Azərbaycan Kuboku: "Qarabağ" "Araz-Naxçıvan"a qalib gələrək finala yüksəlib
Futbol üzrə Azərbaycan Kubokunda "Araz-Naxçıvan"a qalib gələn "Qarabağ" finala yüksəlib.
"Report"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan yarımfinal mərhələsinin cavab oyununda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
"Köhlən atlar"ın heyətində Yassin Benzia (65) Nəriman Axundzadə (70) və Toral Bayramov (77-p) fərqləniblər.
Tərəflər arasında ilk matçda Naxçıvan təmsilçisi qələbə qazanmışdı- 1:0.
"Qarabağ" həlledici mərhələdə "Sabah" - "Neftçi" cütünün qalibi ilə üz-üzə gələcək. Qarşılaşma bu gün saat 20:00-da start götürəcək. Birinci oyunda "bayquşlar" "ağ-qaralar"ı 2:1 hesabı ilə üstələyiblər.
Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Oxşar xəbərlər
Futbol üzrə Azərbaycan Kubokunda bu gün finalçılar müəyyənləşəcək
Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
Azərbaycan Kuboku: "Araz-Naxçıvan" ilk oyunda "Qarabağ"a qalib gəlib
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəlib
"Qarabağ" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda "Səbail"ə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
