Futbol üzrə Azərbaycan Kubokunda bu gün finalçılar müəyyənləşəcək
sizinxeber.az xəbər saytı

Futbol üzrə Azərbaycan Kubokunda bu gün finalçılar müəyyənləşəcək


Futbol üzrə Azərbaycan Kubokunda finalçılar bu gün müəyyənləşəcək.

"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 17:00-da start götürəcək. İlk matçda Naxçıvan təmsilçisi qalib gəlib - 1:0.

Digər görüşdə isə "Neftçi" "Sabah"ın qonağı olacaq. Bu oyun saat 20:00-da başlayacaq. "Ağ-qaralar" daha əvvəl evdə 1:2 hesabı ilə uduzub.

Azərbaycan Kuboku

Yarımfinal, cavab oyunları

23 aprel

17:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əliyar Ağayev.
VAR: Kamal Umudlu.
AVAR: Rauf Cabarov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun - 0:1.

20:00. “Sabah” – “Neftçi”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Tural Qurbanov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
“Bank Respublika Arena”

İlk oyun - 2:1.

Qeyd edək ki, Azərbaycan Kubokunun final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Oxşar xəbərlər

Azərbaycan Kuboku: "Qarabağ" və "Neftçi"nin cavab oyunlarına təyinatlar açıqlanıb
"Qarabağ" və "Neftçi"nin növbəti matçlarına təyinatlar açıqlanıb
Premyer Liqa: "Qarabağ" - "Zirə" oyununun hakimləri açıqlanıb
"Qarabağ" bu gün "Zirə" ilə qarşılaşacaq
Premyer Liqa: “Qarabağ” – “Araz-Naxçıvan” oyununun hakimləri açıqlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər