Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib
sizinxeber.az xəbər saytı

Premyer Liqa: "Qarabağ" "Neftçi"ni məğlub edib


Misli Premyer Liqasının XXXI turunda "Qarabağ" "Neftçi"ni məğlub edib.

"Sizinxeber.az" xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Abdullah Zubir (22), Yassin Benzia (40, pen) və Nəriman Axundzadə (41) fərqləniblər.

Cari mövsümün bitməsinə 6 tur qalmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 76 xalla turnir cədvəlinə başçılıq edir. 35 xala malik "Neftçi" isə altıncıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Araz-Naxçıvan" "Turan Tovuz"la heç-heçəyə (1:1) razılaşıb. "Sabah" isə "Səbail"ə qalib (3:2) gəlib.

Oxşar xəbərlər

Premyer Liqa: "Qarabağ" "Səbail"i böyük hesabla məğlub edib
Premyer Liqa: "Qarabağ" "Sumqayıt"a böyük hesabla qalib gəlib
Premyer Liqa: "Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq
"Qarabağ" Premyer Liqanın XXIX turunda "Zirə"ni məğlub edib
Premyer Liqa: "Zirə" "Qarabağ"a qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər