“Mançester Yunayted” antirekorda imza atıb
sizinxeber.az xəbər saytı

“Mançester Yunayted” antirekorda imza atıb


“Mançester Yunayted” İngiltərə Premyer Liqasında (APL) bir mövsümdə məğlubiyyətlərin sayına görə antirekorda imza atıb.

“Report” xəbər verir ki, bu barədə “Sport24” məlumat yayıb.

Bazar günü, aprelin 20-də “Mançester Yunayted” doğma meydanda İngiltərə çempionatının 33-cü turunda “Vulverhempton”a 0:1 hesabı ilə məğlub olub. Yeganə qolu 77-ci dəqiqədə Pablo Sarabia vurub.

Bu, “Mançester Yunayted”in PL-in cari mövsümündə 15-ci məğlubiyyətidir. Komanda indiyə qədər heç vaxt bu qədər uduzmayıb.

Ruben Amorimin komandası hazırda 33 turdan sonra 38 xala malikdir və klubun Premyer Liqa tarixində ən az xalla mövsümü başa vuracağına zəmanət verilir. Komanda hazırda Premyer Liqanın turnir cədvəlində 14-cü yeri tutur, əvvəlki antirekord 58 xal idi.

Oxşar xəbərlər

Premyer Liqa: "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə qalib gəlib
"Mançester Yunayted" Premyer Liqa tarixinə düşüb
"Mançester Yunayted" 93 ildən sonra ən pis nəticəyə imza atıb
İngiltərə Premyer Liqası: "Mançester Yunayted" "Liverpul"la heç-heçə edib
“Liverpul” doğma meydanda “Mançester Yunayted”ə qalib gələ bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər