Qaxda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək
sizinxeber.az xəbər saytı

Qaxda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək


AFFA-nın təşkilatçılığı ilə aprelin 19-20-də Qaxda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” layihəsi keçiriləcək.

"Sizinxeber.az" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qax Olimpiya İdman Kompleksində təşkil olunacaq turnirin ilk günündə 8 məktəbin iştirakı ilə qrup oyunları, növbəti gün isə pley-off mərhələsinin qarşılaşmaları oynanılacaq.

İştirakçı komandalar idman geyimi, top və gödəkçələrlə təmin olunacaqlar. Tədbirin son günü qaliblər diplom, medallar və müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar.

Qeyd edək ki, UEFA-nın dəstəyi ilə təşkil ediləcək “Qızlar Futzal Kuboku”nun ümumilikdə 4 regionda keçirilməsi planlaşdırılır. Layihənin baş tutmasında əsas məqsəd orta məktəb şagirdləri arasında sağlam həyat tərzinin düzgün şəkildə təbliği, futbola marağın artırılması, kütləviliyin təmin olunması, həmçinin gələcəkdə AFFA U-15 Qızlar Liqasına və milli komandalara futbolçuların hazırlanmasıdır.

Oxşar xəbərlər

Lənkəranda 14 yaşadək şagirdlər arasında “Qızlar Futzal Kuboku” keçiriləcək
Lənkəranda UEFA-nın dəstəyi ilə turnir keçiriləcək
Cüdo üzrə yeniyetmə qızlar arasında ACF Kuboku keçiriləcək
Cüdo üzrə yeniyetmə qızlar arasında ACF Kubokunun III turu keçiriləcək
AVF Qaxda 16 yaşadək voleybolçu qızlar üçün düşərgə təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle