Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardiri: “Qarabağ”ı “Neftçi” ilə matçda daha şanslı görürəm”
“Qarabağ”ı “Neftçi” ilə oyunda daha şanslı görürəm.
Bunu “Sizinxeber.az”a açıqlamasında Azərbaycan çempionatları tarixinin ən yaxşı bombardiri olan Nazim Əliyev Misli Premyer Liqasının XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçı barədə danışarkən deyib.
Hər iki klubda çıxış etmiş veteran futbolçu “Neftçi”nin diqqətini əsasən Azərbaycan Kubokuna yönəldəcəyini vurğulayıb:
“Qarabağ”, demək olar ki, çempionluğu təmin edib. “Neftçi”nin çepionatda yer tutub avrokuboklara düşmək şansı isə azdır. Ona görə də paytaxt təmsilçisi diqqətini və gücünü kuboka yönəldib. Hər iki komandanın özünə görə çəkisi var. Prinsipial oyundur. “Neftçi” çempionatdakı matçlarda “Qarabağ”a uduzub. Samir Abasov pis məşqçi deyil. Yaxşı oyunçular dəvət etməklə komandanı avrokuboklara daşıya bilər. “Qarabağ”ı daha şanslı görürəm. Baxmayaraq ki, kubokda da mübarizəni davam etdirirlər. Əsas diqqəti çempionluğa yönəldiblər. Hər iki komanda heyətdə dəyişikliklər etsə, məsələn, meydana daha çox ehtiyatda olan futbolçuları buraxsalar, güclər bərabərləşəcək”.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçının start fiti 20:00-da səsləndiriləcək.
Oxşar xəbərlər
Vadim Vasilyev “Qarabağ” - “Neftçi” oyununda şansları dəyərləndirib
Rəşad Sadiqov: "Qarabağ" - "Neftçi" oyunu gərgin mübarizəyə səhnə ola bilər
Azərbaycan Premyer Liqası: "Neftçi" - "Qarabağ" oyununun yeri dəyişdirilib
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyunda istəkli idik
Samir Əliyev: “Neftçi” və “Qarabağ”ın Azərbaycan Kubokunun finalına vəsiqə qazanmaq şansları bərabərdir"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
