Vadim Vasilyev “Qarabağ” - “Neftçi” oyununda şansları dəyərləndirib
Azərbaycan millisinin sabiq üzvü Vadim Vasilyev Misli Premyer Liqasının XXXI turunda baş tutacaq “Qarabağ” - “Neftçi” matçında şansları dəyərləndirib.
Vaxtilə hər iki klubda çıxış etmiş veteran futbolçu “Sizinxeber.az”a açıqlamasında “Qarabağ”a daha çox şans verdiyini söyləyib.
O, son nəticələrin məhz Ağdam təmsilçisinin xeyrinə olduğunu deyib:
“Son nəticələr “Qarabağ”ın xeyrinədir. Yəqin ki, bu oyunda da “Qarabağ” qələbə qazanacaq. Ümumiyyətlə, komanda çempionluğa əsas namizəddir. “Neftçi”də isə sabit oyun yoxdur”.
52 yaşlı veteran hücumçu “Qarabağ”ın cari mövsüm istənilən səviyyədə çıxış etmədiyini də vurğulayıb:
“Qarabağ” bu mövsüm ötən ilə nisbətən aşağı səviyyədə çıxış edir. Sanki komanda bir az öz oyununu itirib. “Neftçi”nin bu mövsüm bəzi matçlarda “Qarabağ”ı məğlub etmək şansı olsa da, bundan yararlana bilmədi”.
Qeyd edək ki, aprelin 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Neftçi” matçının start fiti 20:00-da səsləndiriləcək.
Oxşar xəbərlər
Rəşad Sadiqov: "Qarabağ" - "Neftçi" oyunu gərgin mübarizəyə səhnə ola bilər
"Neftçi"nin isveçli sabiq rəsmisi: "Qarabağ" ötən mövsüm daha yaxşı idi"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
Süni intellekt yaxın aylarda istənilən müdafiəni sındıra biləcək
-
Türkiyənin iki vilayətində naməlum pilotsuz uçuş aparatları aşkarlanıb
