"Turan Tovuz"un baş məşqçisinin cəzası açıqlanıb
AFFA İntizam Komitəsi "Turan Tovuz"un baş məşqçisi Kurab Berdiyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXX turunda "Sabah"la oyunda ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Ona üç aylıq sınaq müddəti təyin edilib. Baş məşqçinin bu davranışına görə kluba 4000 manat cərimə kəsilib. Tovuz təmsilçisi dörd futbolçu sarı vərəqə aldığı üçün 700, azarkeşlərin meydana kənar əşyalar atmasına görə 800, fanatların hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi ucbatından (bu hal 5-ci dəfə təkrarlanır) 1000 manat ödəməli olacaq.
Qarşılaşmada qırmızı vərəqə alan "Sabah"ın legioneri Pavol Safrankoya bir oyunluq cəza, paytaxt klubuna 500 manat cərimə tətbiq edilib.
Oxşar xəbərlər
"Turan Tovuz" klubu 3500 manat cərimələnib, məşqçi Ruslan Abışov cəzalanıb
"Səbail" klubu 3000 manat cərimələnib
"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb
"Şamaxı", "Turan Tovuz" və "Sumqayıt" klubları cərimələnib
"Turan Tovuz" və "Kəpəz" cərimələnib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
DÇ-2026: Kurasao - Fildişi Sahili oyununda ilk qol vurulub - YENİLƏNİR
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
