"Səbail" klubu 3000 manat cərimələnib
AFFA İntizam Komitəsi "Səbail" klubunu 3000 manat cərimələyib.
"Sizinxeber.az" xəbər verir ki, buna paytaxt təmsilçisinin futbolçusu Suleyman Alluşun "Zirə"yə 0:1 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XXVI turunun matçında təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Oyunçuya dörd oyunluq cəza kəsilib.
"Kəpəz"ə 700 manat cərimə tətbiq edilib. Komandanın dörd oyunçusu "Sumqayıt"a 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada sarı vərəqə ilə cəzalandırılıb.
"Turan Tovuz" isə 1000 manat cərimə ödəməli olacaq. Bölgə klubunun futbolçusu Emmanuel Hakman "Neftçi" ilə qarşılaşmada (1:1) rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə almışdı. Ona bir oyun cəza verilib.
Oxşar xəbərlər
AFFA Premyer Liqada çıxış edən dörd klubu cərimələyib
"Turan Tovuz" klubu 3500 manat cərimələnib, məşqçi Ruslan Abışov cəzalanıb
"Neftçi", "Araz-Naxçıvan" və "Kəpəz" cərimələnib
AFFA "Neftçi" - "Qarabağ" matçında yaşananlarla bağlı qərarlarını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
