Venesuelada zəlzələ qurbanlarının sayı 188-ə çatıb, 1 520 yaralı var - VİDEO - YENİLƏNİB-2
Venesuelada baş vermiş zəlzələ nəticəsində həyatını itirənlərin sayı 188 nəfərə çatıb, 1 520 nəfər yaralanıb.
Bu barədə ölkə parlamentinin sədri Xorxe Rodriqes "VTV"yə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda 157 nəfər itkin düşmüş hesab olunur.
"Bu ana olan məlumata görə, zəlzələ nəticəsində 188 nəfər ölüb, 1 520 yaralı xəstəxanalara çatdırılıb və onlara tibbi yardım göstərilir", - deyə Rodriqes bildirib.
Parlament sədri qeyd edib ki, 200-dən çox insanın dağıntılar altında qaldığı ehtimal olunur və xilasedicilər onların xilas edilməsi üçün zamanla yarışırlar.
***
14:37
Venesuelada baş vermiş zəlzələdə ölənlərin sayı 164 nəfərə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes bildirib.
Onun sözlərinə görə, təbii fəlakət nəticəsində xəsarət alanların sayı isə 971 nəfərdir.
***
09:17
Venesuelada baş verən zəlzələ nəticəsində ən azı 32 nəfər ölüb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Venesuela prezidenti vəzifəsini icra edən Delsi Rodrigez deyib.
Məlumata görə, təbii fəlakət nəticəsində 700 nəfər xəsarət alıb.
Xeyli insanın itkin düşdüyü bildirilir.
***
06.27
Yaponiya və Venesuela sahillərində bir-birindən bir neçə dəqiqəlik fasilə ilə iki güclü zəlzələ baş verib.
Sizinxeber.az Xəbər verir ki, zəlzələlər nəticəsində bir neçə nəfərin öldüyü bildirilir.
Məlumata görə Venesuela sahillərində 7,1 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Moron şəhəri yaxınlığında, ocağı isə təxminən 10 kilometr dərinlikdə yerləşib. Azı bir neçə hündürmərtəbəli yaşayış binasının qismən dağıldığı bildirilib.
“Reuters”-in Delsi Rodrigezə istinadən verdiyi məlumata görə, Venesuela hakimiyyəti zəlzələdən sonra fövqəladə vəziyyət elan edib.
Rodrigez, həmçinin Karakasın Mayketiya Beynəlxalq Hava Limanının ziyana görə bağlandığını açıqlayıb.
Zəlzələdən sonra hakimiyyət orqanları Puerto-Riko və ABŞ Virgin adaları üçün sunami xəbərdarlığı verib.
Demək olar ki, eyni vaxtda Yaponiyanın İvate prefekturası sahillərində də 6,9 bal gücündə zəlzələ baş verib. Zəlzələlər Sakit Okeanda qeydə alınıb və bu da Yaponiya hakimiyyətini sunami xəbərdarlığı verməyə və potensial təsirləri izləməyə vadar edib.
Oxşar xəbərlər
Venesuelada zəlzələ qurbanlarının sayı 188 nəfərə çatıb - YENİLƏNİB
Venesuelada zəlzələ qurbanlarının sayı 164 nəfərə çatıb
Venesuelada zəlzələdə 164 nəfər ölüb, 971 yaralı var - VİDEO - YENİLƏNİB-1
Myanmada zəlzələdə ölənlərin sayı 1644-ə çatıb, 3400-dən çox yaralı var - YENİLƏNİB-6
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 694-ə, yaralıların sayı isə 1670-ə çatıb- YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Venesuelada güclü zəlzələ olub
