"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb
AFFA İntizam Komitəsi "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyevi 3-ü şərti olmaqla 5 oyunluq cəzalandırıb.
"Report" xəbər verir ki, buna mütəxəssisin "Neftçi" ilə heç-heçə etdikləri (1:1) Premyer Liqanın IV turunun matçında rəqibi təhqir etməsi səbəb olub.
Baxşıyevə üç ay sınaq müddəti təyin edilib. Naxçıvan təmsilçisi bu hərəkətə görə 4000 manat cərimələnib.
Komandanın inzibatçısı Hüseynxəlil Orucoğlu birbaşa qırmızı vərəqə aldıqdan sonra rəqib oyunçuya fiziki təzyiq göstərdiyi üçün 2-si şərti olmaqla 5 matçlıq cəza ilə üzləşib. Klub onun üçün də 4000 manat ödəməli olacaq.
Bundan əlavə, "Araz-Naxçıvan" dörd futbolçusu sarı vərəqə aldığına görə də 700 manat ziyana düşüb. "Neftçi" də altı üzvü sarı vərəqə gördüyündən eyni məbləği ödəyəcək.
Oxşar xəbərlər
"Neftçi"nin futbolçusu azarkeşlərə əşya atdığı üçün cəzalanıb
AFFA “Kəpəz”in futbolçusunu 1 oyunluq cəzalandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
