Azərbaycanlı hakim: "Bakıda keçiriləcək dünya çempionatına təyinat almaq qürurverici hissdir"
sizinxeber.az xəbər saytı

Azərbaycanlı hakim: "Bakıda keçiriləcək dünya çempionatına təyinat almaq qürurverici hissdir"


Dünya çempionatına təyinat almaq qürurverici hissdir.

Bunu "Sizinxeber.az"a açıqlamasında Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatına təyinat alan azərbaycanlı hakim Rza Məmmədov deyib.

Referi yarışın ölkəmizdə keçirilməsinin sevindirici hal olduğunu bildirib:

"Üç ildir ki, minifutbol üzrə Azərbaycan çempionatının oyunlarına təyinat alıram. Bu il final matçını da idarə etmişəm. Dünya çempionatına təyinat almaq qürurverici hissdir. Turnirdə Azərbaycanı təmsil edəcəyim üçün fəxr edirəm. Dünya çempionatından əvvəl, aprelin 28-dən mayın 2-dək Slovakiyada baş tutacaq beynəlxalq turnirdə də iştirak edəcəyəm. Bu yarış mundiala hazırlıq məqsədi daşıyır".

Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək Milli Gimnastika Arenasında təşkil olunacaq.

Oxşar xəbərlər

Azərbaycan minifutbol millisinin Bakıda keçiriləcək mundiala hazırlıq planı müəyyənləşib
Minifutbol üzrə dünya çempionatının keçiriləcəyi Milli Gimnastika Arenasında görüləcək işlərin siyahısı açıqlanıb
FIFA referisi İnqilab Məmmədov dünya çempionatına təyinat alıb
Azərbaycanın U-23 millisi dünya çempionatına qatılacaq
Azərbaycanın FIFA referisi: "Qısa müddətdə Avropa çempionatı kimi mötəbər yarışa təyinat alacağımı gözləmirdim"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər