Fabio Kannavaro istefaya göndərilib
sizinxeber.az xəbər saytı

Fabio Kannavaro istefaya göndərilib


Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

"Dinamo" Xorvatiya çempionatında keçirdiyi son oyunda "İstra"ya 0:3 hesabı ilə uduzub.

51 yaşlı mütəxəssis dekabrın sonundan Zaqreb təmsilçisini çalışdırırdı. Komanda italiyalı mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 14 rəsmi oyunda 7 qələbə qazanıb, 2 heç-heçə edib, 5 dəfə məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, “Dinamo” hazırda Xorvatiya çempionatının turnir cədvəlində 46 xalla 3-cü pillədə qərarlaşıb.

Oxşar xəbərlər

İtaliyalı mütəxəssis İspaniya klubunun baş məşqçisi ola bilər
İtaliya klubunun baş məşqçisi 5 oyundan sonra postundan qovulub
Qazaxıstan klubunun rusiyalı baş məşqçisi postunu tərk edib
İngiltərə klubu baş məşqçisini istefaya göndərib
"Bodrum"un baş məşqçisi Volkan Demirel istefaya göndərilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər