UEFA Millətlər Liqası: Azərbaycanın qadınlardan ibarət millisi Monteneqro ilə heç-heçəyə razılaşıb
sizinxeber.az xəbər saytı

UEFA Millətlər Liqası: Azərbaycanın qadınlardan ibarət millisi Monteneqro ilə heç-heçəyə razılaşıb


Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Monteneqro ilə heç-heçəyə razılaşıb.

"Sizinxeber.az"un məlumatına görə, Nikşiç şəhər stadionunda baş tutan görüşdə tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmada hesabı seçməmizin heyətində 54-cü dəqiqədə Manə Mollayeva açıb. Rəqib komanda məğlubiyyətdən 90+2-ci dəqiqədə qaçıb. Jasna Dokoviç penalti zərbəsini dəqiq yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib, ikinci oyunda isə səfərdə Litvanı 2:0 hesabı ilə üstələyib.

Yığma bu nəticələrin ardından C Liqasının IV qrupunda 5 xalla ikinci sıradadır. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv son oyununu mayın 30-da evdə Litvaya qarşı keçirəcək.

Oxşar xəbərlər

UEFA Millətlər Liqası: Azərbaycan yığması səfərdə Monteneqro ilə qarşılaşacaq
Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəlib
Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxır
Qadın futbolçulardan ibarət Azərbaycan yığması Litvaya qalib gəlib
Premyer Liqa: "Kəpəz" "Səbail"lə heç-heçəyə razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər