Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəlib
sizinxeber.az xəbər saytı

Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında Litvaya qalib gəlib


Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Litvaya qalib gəlib.

"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda meydan sahiblərini 2:0 hesabı ilə üstələyib.

Vilnüsdəki “Jalgiris” stadionunda təşkil edilən qarşılaşmada yığmanın qollarını Manya Esra (21) və Nigar Mirzəliyeva (55) vurub.

Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.

Oxşar xəbərlər

Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxır
Azərbaycan millisinin baş məşqçisi: "Litva və Monteneqronu üstələyəcəyimizə inanıram"
UEFA Millətlər Liqasında V tura yekun vurulub
Azərbaycanın basketbol millisi səfərdə Polşa yığmasına uduzub
UEFA Millətlər Liqasında III turun iki oyunu keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle