sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Qadın futbolçulardan ibarət Azərbaycan yığması Millətlər Liqasında növbəti matçına çıxır
Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv C Liqasının IV qrupunda Litvanın qonağı olacaq.
Vilnüsdəki “Jalgiris” stadionunda təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. Matçı avstriyalı Marina Zeçner idarə edəcək.
Qeyd edək ki, Azərbaycan yığması aprelin 8-də səfərdə Monteneqro ilə üz-üzə gələcək. Komanda daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Qrupda iki oyun keçirən Monteneqro Litvanı 3:1 hesabı ilə üstələyib.
Oxşar xəbərlər
Millətlər Liqası: Azərbaycan millisi bu gün növbəti görüşünü keçirəcək
Azərbaycan millisi Rusiya yığması ilə ikinci yoldaşlıq oyununu keçirib
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Estoniya ilə üz-üzə gələcək
UEFA Millətlər Liqası: Türkiyə yığması Monteneqronu qəbul edəcək
UEFA Millətlər Liqasında V tura yekun vurulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













