"Qarabağ” akademiyasının daha 3 komandası beynəlxalq turnirdə iştirak edəcək - EKSKLÜZİV
“Qarabağ”ın aşağı yaş qruplarından ibarət komandaları beynəlxalq turnirlərdə iştirak edəcəklər.
Bu barədə “Sizinxeber.az”a klubun akademiyasının koordinatoru Aftandil Hacıyev məlumat verib.
Mütəxəssis U-15 komandasının Antalyaya yollanacağını bildirib:
“Rauf Əliyevin rəhbərlik etdiyi U-15 komandası Antalyada aprelin 16-dan 20-nə qədər keçiriləcək beynəlxalq turnirə qatılacaq. Hansı ki, çox yaxşı komandalar var. Hətta Küveyt millisi, İngiltərədən “Fulhem”, Çexiyadan “Lex”, İspaniyadan “Levante”, Almaniyadan “Ştutqart”, Serbiyadan “Partizan”, Belçikadan “Gent”, Türkiyədən “Antalyaspor” kimi klublar gələcək. Ümumiyyətlə, yarışda həm yığmalar, həm də klublar iştirak edəcək”.
Klub rəsmisi U-17-nin dünyanın ən yaxşı turniri sayılan “Gothia Cup”a qatılacağını da nəzərə çatdırıb:
“Dünyanın ən yaxşı turniri sayılan “Gothia Cup”a qatılacağıq. Bu yarış iyulun 13-dən 19-na qədər İsveçin Göteborq şəhərində keçiriləcək. U-17 komandamızın iştirakı təsdiq olunub. Bu yarışa düşmək çox çətindir. Çünki demək olar dünyanın bütün ölkələrindən komandalar bu turnirə təşrif buyurur. Bildiyimə görə, 1800-dən çox komanda iştirak edəcək. U-11 komandamız isə Polşadakı beynəlxalq turnirdə mübarizə aparacaq. Bu yarış mayın 22-dən 26-na qədər təşkil olunacaq. Reqlament göndərməsələr də, yaxşı turnirdir”.
Qeyd edək ki, buna qədər “Qarabağ”ın U-14 komandasının Niderlandda keçiriləcək "SV EPE U-14 Youth Easter Cup" beynəlxalq turnirinə qatılacağı dəqiqləşmişdi.
Oxşar xəbərlər
"Qarabağ" akademiyasının koordinatoru: İtaliyada güclü rəqiblərə qarşı oynamaq faydalı oldu
"Qarabağ"ın U-16 komandası İtaliyada beynəlxalq turnirdə iştirak edəcək
"Qarabağ"ın U-14 komandası Niderlandda beynəlxalq turnirdə iştirak edəcək
Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək komandalar dəqiqləşib
"Qarabağ" futbol akademiyasının sabiq koordinatoru klubun bazasını ziyarət edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













