Azərbaycan millisinin sabiq futbolçusu dörd oyunluq cəzalanıb
II Liqa təmsilçisi “Hypers Guba”da çıxış edən Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Qurbanov 4 oyunluq cəzalanıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
33 yaşlı hücumçu XIV turda "Şəmkir"lə oyunun 39-cu dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alıb. Quba təmsilçisi forvardın bu hərəkətinə görə 300 manat ziyana düşüb.
Bölgə təmsilçisinin digər üzvü Sənan Aslanov isə təcavüzkar davranışa görə 90+4-cü dəqiqədə birbaşa qırmızı vərəqə aldığından Qurbanov kimi 4 matç komandasına kömək edə bilməyəcək. II Liqa klubu bu oyunçuya görə də 300 manat ödəməli olacaq.
Bundan əlavə, “Hypers Guba” azarkeşləri sözügedən qarşılaşmada pirotexniki vasitələrdən də istifadə ediblər. Klub fanatların hərəkətinə görə 150 manat cərimələnib. “Şəmkir”in futbolçuları qalib gəldikləri görüşdən sonra rəqib tərəfdarları qıcıqlandıran hərəkətlər etdikləri üçün kluba xəbərdarlıq olunub.
Oxşar xəbərlər
"Turan Tovuz" klubu 3500 manat cərimələnib, məşqçi Ruslan Abışov cəzalanıb
"Ağdaş" klubunun futbolçusu 4 oyunluq cəzalandırılıb
"Neftçi"nin futbolçusu azarkeşlərə əşya atdığı üçün cəzalanıb
"Araz-Naxçıvan"ın baş məşqçisi və inzibatçısı cəzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Şotlandiyanı üstələyən Braziliya C qrupunu lider kimi başa vurub - YENİLƏNİB-6
