"Bavariya"nın futbolçusu maaşının azaldılması şərtilə klubda qalmaq niyyətindədir
sizinxeber.az xəbər saytı

"Bavariya"nın futbolçusu maaşının azaldılması şərtilə klubda qalmaq niyyətindədir


Almaniya təmsilçisi "Bavariya"nın futbolçusu Leroy Sane maaşının azaldılması şərtilə klubda qalmaq niyyətindədir.

“Report” “Sky Sport”a istinadən xəbər verir ki, futbolçu yayda başa çatacaq müqaviləsinin müddətini uzatmaq üçün maaşının azaldılmasına razı olsa da, Münhen təmsilçisi 29 yaşlı vingerə hələlik yeni anlaşma təklif etməyib.

Digər tərəfdən, İngiltərənin “Arsenal” klubu yayda onun transferində maraqlıdır və bu istiqamətdə danışıqlara başlayıb.

Qeyd edək ki, L.Sane 2020-ci ildə "Mançester Siti"dən (İngiltərə) “Bavariya”ya 49 milyon avroya transfer olunub. O, cari mövsümdə Almaniya klubunun heyətində meydana çıxdığı 36 oyunda 11 qola və 4 məhsuldar ötürməyə imza atıb.

Oxşar xəbərlər

"Bavariya"nın iki futbolçusu "Mançester Yunyated"in maraq dairəsinə düşüb
"Arsenal" "Bavariya"nın futbolçusunu transfer etmək istəyir
"Mançester Siti" yayda İspaniya klubunun futbolçusunu transfer etməyi düşünür
"Bavariya" Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır
"Bavariya" böyük hesabla qələbə qazandığı oyunda rekorda imza atıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər