“Birbaşa Bakı”nın futbolçusu: “Məqsədimiz yenidən Azərbaycan çempionu olmaqdır”
Məqsədimiz yenidən çempion olmaqdır.
Bunu “Report”a açıqlamasında “Birbaşa Bakı”nın futbolçusu Təmkin Xəlilzadə Azərbaycan minifutbol çempionatının finalında bu gün qarşılaşacaqları “Zirə” ilə görüşdən öncə deyib.
Milli üzvü son iki ildə qazandıqları çempionluq titulunu qorumağa çalışacaqlarını bildirib:
“Bizi ağır oyun gözləyir. Rəqibimiz həqiqətən çox ciddidir, neçə illərdir çempionluq uğrunda mübarizə aparırlar. Bununla yanaşı, heyətlərində 3 qazaxıstanlı futbolçunun olması oyunun əhəmiyyətindən xəbər verir. Ümumiyyətlə, final oyunları asan keçmir. Ciddi şəkildə hazırlaşmışıq. Baş məşqçimiz meydanda nə etməli olduğumuzu başa salıb. Rəqibi də yetərincə təhlil etmişik. Məqsədimiz yenidən çempion olmaqdır. Son iki ildə qazandığımız çempionluq titulunu qorumağa çalışacağıq”.
Qeyd edək ki, “Zirə” və “Birbaşa Bakı” arasında final matçı bu gün, saat 21:00-da Bakı Tennis Akademiyasında baş tutacaq.
Oxşar xəbərlər
Bu gün minifutbol üzrə Azərbaycan çempionatının qalibi müəyyənləşəcək
Minifutbol üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib
“Birbaşa Bakı”nın futbolçusu: Əziyyətimiz yerdə qalmadı, Çempionlar Liqasının qalibi olduq
Minifutbol üzrə Azərbaycan çempionatının yeni mövsümündə 14 komanda mübarizə aparacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
Avstraliyada bunkerdən 500 milyon avro dəyərində narkotik müsadirə olunub
