Sizinxeber.az » İdman » Futbol » Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb

Azərbaycan Kubokunda son 20 mövsümün antirekordu qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, 1/4 final mərhələsinin oyunlarında dörd qolun vurulması ilə mümkün olub.

“Kəpəz” – “Neftçi” (0:2) görüşündə iki, “Araz-Naxçıvan” – “Zirə” (1:0) və “Səbail” – “Qarabağ” (0:1) qarşılaşmalarında bir qol qeydə alınıb. “Sabah” – “Sumqayıt” (0:0) matçı qolsuz bitib.

Bu, son 20 mövsümün antirekordudur. 2004/05 mövsümündə də 1/4 finalın ilk oyunlarında eyni sayda qol qeydə alınıb.

“Neftçi” – “İnter” və “Gənclərbirliyi” – “MKT-Araz” matçları qolsuz yekunlaşıb. MOİK “Xəzər Lənkəran”a 0:1, “Karat” “Bakı”ya 1:2 hesabı ilə məğlub olub. Bu nəticə 20 ildən sonra təkrarlanıb.

2004/05 və 2024/25 mövsümlərindəki göstərici 1/4 finalın bütün görüşləri baş tutan ilk oyunlar üçün antirekord sayılır. Çünki daha az – 2 qolun vurulduğu 1997/98 mövsümünün 1/4 finalının ilk oyunlarından 3-ü keçirilib

Hər iki top da OİK – “Neftçi” matçında vurulub – 1:1. “Kəpəz” – “Bakılı”, “Dinamo” – “Qarabağ” görüşləri qolsuz yekunlaşıb. Bərdə “Pambıqçı”sı fəaliyyətini dayandırdığı üçün “Kür-Nur”la qarşılaşması texniki nəticəyə səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !