Sizinxeber.az » İdman » Futbol » Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu qeydə alınıb

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün məhsuldarlıq rekordu qeydə alınıb.

"Report"un Peşəkar Futbol Liqasına istinadən məlumatına görə, VIII turun oyunlarında 19 qol vurulub.

Orta məhsuldarlıq 3,80-ə bərabər olub. Bununla da ötən turda qeydə alınan rekord yenilənib. Bir həftə əvvəl keçirilən görüşlərdə 17 top vurulmuşdu.

“Qarabağ” – “Sabah” (3:2) və “Araz-Naxçıvan” – “Səbail” (3:2) oyunlarının hərəsində 5, “Şamaxı” – “Turan Tovuz” (2:2) qarşılaşmasında 4, “Zirə” – “Kəpəz” (3:0) matçında 3 qol qeydə alınıb. Ən az top “Neftçi” – “Sumqayıt” (1:1) görüşünə təsadüf edib – 2 qol.

Qeyd edək ki, orta məhsuldarlığın 3,80-ə bərabər olması son üç mövsüm üçün rekordun təkrarıdır. Ötən mövsümün X və XVI turlarında da 19 qol vurulub.

Daha yüksək məhsuldarlığa sonuncu dəfə 2021/22 mövsümünün X turunda təsadüf edilib. Həmin vaxt 4 oyunda məhsuldarlıq 4,25-ə bərabər olub – 17 qol.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !