İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” üzərində inamlı qələbə qazanıb
sizinxeber.az xəbər saytı

İngiltərə Premyer Liqası: “Mançester Siti” “Çelsi” üzərində inamlı qələbə qazanıb


İngiltərə Premyer Liqasının 23-cü turunda “Mançester Siti” “Çelsi”ni qəbul edib.

“Sizinxeber.az” xəbər verir ki, “Siti Of Mançester Stedium”da baş tutmuş oyunu baş hakim Con Bruks idarə edib.

Oyunda hesab erkən açılıb: “şəhərlilər”in özbəkistanlı müdafiəçisi Abdukodir Xusanovun kobud səhvini Noni Madueke bağışlamayıb. Erkən qola baxmayaraq, Xosep Qvardiolanın yetirmələri toparlanmağı bacarıb və ilk hissənin sonlarına doğru status-kvonu bərpa edib: 42-ci dəqiqədə Yoşko Qvardiol Mateuş Nunyeşin ötürməsindən maksimum yararlanıb.

Matçın ikinci hissəsinə fəal başlayan tərəf ev sahibləri olub. Artan təzyiqin nəticəsində 68-ci dəqiqədə Erlinq Holann qapıçının irəli çıxmasından istifadə edərək topu tora göndərib. Qarşılaşmada son nöqtəni isə 87-ci dəqiqədə Fil Foden qoyub – 3:1.

Beləliklə, bu qələbədən sonra “Mançester Siti” (41 xal) dördüncü pilləyə yüksəlib. İtaliyalı çalışdırıcı Entso Mareskanın yetirmələri (40) isə altıncı pilləyə geriləyib. Turnir cədvəlinin lideri isə Arne Slotun “Liverpul”udur (53).

Xatırladaq ki, daha əvvəl “qırmızılar” “İpsviç”i darmadağın etmişdilər.

Oxşar xəbərlər

İngiltərə Premyer Liqası: “Mançester Siti” növbəti dəfə məğlub olub
İngiltərə Premyer Liqası: “Mançester Siti” “İpsviç”i darmadağın edib
İngiltərə Premyer Liqası: “Çelsi” London derbisində xal itirib, “Mançester Siti” rəqibini darmadağın edib
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib
Premyer Liqa: "Mançester Siti" yenə qələbə qazana bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle