İngiltərə Premyer Liqası: “Çelsi” London derbisində xal itirib, “Mançester Siti” rəqibini darmadağın edib
İngiltərə Premyer Liqasının 20-ci turunda “Kristal Pelas” “Çelsi” ilə oyunda məğlubiyyətdən xilas olub, “Mançester Siti” isə “Vest Hem”i darmadağın edib.
“Sizinxeber.az” xəbər verir ki, “Kristal Pelas” – “Çelsi” London derbisi “Selhörst Park”da, “Mançester Siti” – “Vest Hem” qarşılaşması isə “Siti of Mançester Stedium”da baş tutub.
Derbidə hesabı açan “zadagənlar” olub: 14-cü dəqiqədə Kol Palmer Ceydon Sançonun ötürməsindən maksimum yararlanıb. Bununla belə, təziqi artıran “qartallar” oyunun 82-ci dəqiqəsində istəklərinə nail olublar. Belə ki, Jan-Filipp Mateta Ebereçi Ezenin ötürməsini məntiqi sonluğa çatdırıb və oyunda yekun hesabı müəyyənləşdirib – 1:1.
Paralel keçən digər qarşılaşmada “Mançester Siti” Londonun “Vest Hem”inə dörd qol vurub. 10-cu dəqiqədə “çəkicdöyənlər”in çexiyalı müdafiəçisi Vladimir Soufal topu öz qapısına vurub. Matçın 42 və 55-ci dəqiqələrində fərqlənən Elinq Holann “şəhərlilər”in üstünlüyünü darmadağın həddinə çatdırıb. Cəmi üç dəqiqə sonra Fil Foden komandasının dördüncü qoluna imza atıb. Londonluların gücü isə bir qola çatıb: 71-ci dəqiqədə Niklas Füllkruq qapıçı Stefan Orteqanı məyus edib.
Eyni zamanda baş tutmuş digər qarşılaşmalarda “Aston Villa” “Lester”i (2:1), “Bornmut” “Everton”u (1:0), “Brentford” isə “Sauthempton”u (0:5) yenib. Öncəki oyunda isə “Nyukasl” səfərdə “Tottenhem”dən üstün olub – 1:2.
Günə “Brayton” – “Arsenal” matçı ilə yekun vurulacaq. Turun mərkəzi qarşılaşması isə Mersisaydda keçiriləcək. Çempionatın lideri “Liverpul” əzəli rəqibi “Mançester Yunayted”i qəbul edəcək.
Oxşar xəbərlər
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib
Premyer Liqa: "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə qalib gəlib
Kevin De Bruyne İngiltərə Premyer Liqası tarixinin ən yaxşı yarımmüdafiəçisi seçilib
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub
"Mançester Siti" Premyer Liqanın 2-ci turunun ev oyununda "İpsviç"i məğlub edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
