ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlarda irəliləyiş əldə olunub
sizinxeber.az xəbər saytı

ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlarda irəliləyiş əldə olunub


Qətər və Pakistan vasitəçilərinin ABŞ və İran nümayəndələri ilə Dohada keçirdiyi dolayı danışıqlarda müsbət irəliləyiş əldə olunub.

Sizinxeber.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari "X" sosial şəbəkəsində bildirib.

Onun sözlərinə görə, Qətər və Pakistan vasitəçiləri ABŞ və İran nümayəndələri ilə ayrı-ayrılıqda görüşlər keçiriblər və İslamabad Anlaşma Memorandumu ilə bağlı məsələlərdə, həmçinin Lüsern sammitinin nəticələrinə əsaslanaraq müsbət irəliləyiş əldə olunub.

Əl-Ənsari əlavə edib ki, tərəflər dialoqu davam etdirmək barədə razılığa gəliblər.

"İranın keçmiş ali liderinin vəfatı ilə əlaqədar matəm tədbirləri başa çatdıqdan dərhal sonra növbəti görüşün vaxtı müəyyən ediləcək", - deyə o bildirib.

Oxşar xəbərlər

Əraqçi: İran bir sıra məsələlər üzrə Qətər və Pakistanın vasitəçiliyi ilə irəliləyiş əldə edib
Qəribabadi: Dohada İran və ABŞ nümayəndə heyətləri arasında heç bir görüş keçirilməyib
ABŞ-İran danışıqlarında 60 gün ərzində yekun razılaşmanın əldə olunmasına dair yol xəritəsi razılaşdırılıb
Pakistan ABŞ və İran arasında texniki danışıqların sabah İsveçrədə keçiriləcəyini açıqlayıb
İsveçrədə Qətər və Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında danışıqlar başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər