İngiltərə Premyer Liqası: “Mançester Siti” növbəti dəfə məğlub olub
İngiltərə Premyer Liqasının 17-ci turunda “Aston Villa” “Mançester Siti”ni qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Piter Benksin idarə etdiyi oyun “Villa Park”da baş tutub.
Matçda hesab erkən açılıb: 16-cı dəqiqədə Birminhem təmsilçisinin kolumbiyalı hücumçusu Con Duran komanda yoldaşı Morqan Rocersin ötürməsindən maksimum yararlanıb – 1:0. Qarşılaşmada növbəti qol 65-ci dəqiqədə vurulub: Rocers fərqi 2-yə artırıb. “Şəhərlilər”in gücü isə sadəcə bir qola çatıb: Fil Foden müdafiəçilərin səhvindən yararlanaraq qapıçı Emiliano Martinesi məyus edib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra Unai Emerinin yetirmələri (28 xal) beşinci pilləyə yüksəlib. Xosep Qvardiolanın komandası (27) isə altıncı pilləyə geriləyib. “Mançester Siti” Premyer Liqada son səkkiz oyundan cəmi birində qalib gəlib, qalan yeddisində isə yenilib. “Şəhərlilər” sonuncu dəfə evdə əzəli rəqibləri “Mançester Yunayted”ə məğlub olmuşdular.
Premyer Liqa turnir cədvəlinin vahid lideri isə Arne Slotun “Liverpul”udur (36).
Oxşar xəbərlər
İngiltərə Premyer Liqası: “Liverpul” “Mançester Siti” ilə xal fərqini daha da artırıb
İngiltərə Premyer Liqası: “Mançester Siti” “Arsenal”la matçda son dəqiqədə məğlubiyyətdən xilas olub
Premyer Liqa: "Mançester Yunayted" səfərdə "Mançester Siti"yə qalib gəlib
“Mançester Siti” son 18 ilin antirekordunu qırıb
"Mançester Siti" Premyer Liqanın yeni mövsümünün ilk matçında "Çelsi"yə qalib gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













