"Qarabağ" - FCSB görüşünün baş hakimi üç dəfə Azərbaycan komandalarının oyununu idarə edib
sizinxeber.az xəbər saytı

"Qarabağ" - FCSB görüşünün baş hakimi üç dəfə Azərbaycan komandalarının oyununu idarə edib


UEFA Avropa Liqasında "Qarabağ"ın Rumıniyanın FCSB klubu ilə oyununu idarə edəcək Filip Qlova daha əvvəl də Azərbaycan təmsilçilərinin matçına təyinat alıb.

"Report"un məlumatına görə, 35 yaşlı ədalət təmsilçisi Azərbaycanın əsas və U-21 yığmasının, həmçinin "köhlən atlar"ın avrokubok görüşündə iş başında olub.

İlk belə matç 2018-ci ilə təsadüf edib. U-21 FIFA referisinin idarə etdiyi Avropa çempionatının seçmə mərhələsinin qarşılaşmasında səfərdə İrlandiyaya uduzub - 0:1

F.Qlova 2019-cu ildə ölkəmizə gəlib. O, Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - APOEL (Kipr) oyununun (2:2) baş hakimi olub.

2016-cı ildən beynəlxalq təyinat alan ədalət təmsilçisi 2020-ci ildə Azərbaycan millisinin səfərdə Kipri 1:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada da fit çalıb.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunun "Qarabağ" - FCSB matçı yanvarın 23-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Turnir cədvəlində Azərbaycan çempionu 3 xalla 33-cü, FCSB 11 xalla 10-cu sıradadır.

Oxşar xəbərlər

"Qarabağ" - "Ayaks" oyununun hakimi daha əvvəl iki dəfə Azərbaycan təmsilçilərinin matçına təyinat alıb - ARAŞDIRMA
"Elfsborq" - "Qarabağ" oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçına təyinat alıb
Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək
"Tottenhem" - "Qarabağ" matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA
Azərbaycan və Rumıniya klublarının 9-cu dueli: 8 oyunda 1 qələbə - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər