"Elfsborq" - "Qarabağ" oyununun hakimi daha əvvəl Azərbaycan millisinin matçına təyinat alıb
"Qarabağ"ın İsveçdə yerli "Elfsborq" komandası ilə UEFA Avropa Liqası matçını idarə edəcək Antoniu Nobre daha əvvəl Azərbaycanın U-21 millisinin oyununa təyinat alıb.
"Sizinxeber.az"un məlumatına görə, 36 yaşlı referi 2019-cu ildə yığmanın səfərdə Fransanın U-21 kollektivi ilə Avropa çempionatının seçmə mərhələsindəki görüşündə iş başında olub.
Həmin ildən beynəlxalq qarşılaşmalara təyinat alan A.Nobre Azərbaycan komandasının 0:5 hesabı ilə uduzduğu matçı idarə edib. O, 30-cu dəqiqədə milli üzvü Nihad Tamazova sarı vərəqə göstərib.
UEFA portuqaliyalı baş hakimə cari mövsüm avrokuboklarda 3, Millətlər Liqasında 1 oyun həvalə edib.
Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda, dekabrın 12-də təşkil olunacaq "Elfsborq" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Oxşar xəbərlər
UEFA Avropa Liqası: "Elfsborq" - "Qarabağ" oyununun hakimləri bəlli olub
"Qarabağ" - "Ayaks" oyununun hakimi daha əvvəl iki dəfə Azərbaycan təmsilçilərinin matçına təyinat alıb - ARAŞDIRMA
Azərbaycan millisinin oyununa təyinat alan referi daha əvvəl "Neftçi"nin matçını idarə edib - ARAŞDIRMA
UEFA Avropa Liqası: "Elfsborq" - "Qarabağ" oyununun biletlərinin satışa çıxacağı tarix açıqlanıb
"Tottenhem" - "Qarabağ" matçının hakimi daha əvvəl iki dəfə Azərbaycan klublarının oyununu idarə edib - ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













