Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək
sizinxeber.az xəbər saytı

Portuqaliyalı hakim ilk dəfə Azərbaycan komandalarının oyununu idarə edəcək


"Qarabağ"ın Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi UEFA Avropa Liqası matçına təyinat alan Luiş Qodinyu daha əvvəl Azərbaycan təmsilçilərinin oyununu idarə etməyib.

"Sizinxeber.az"un məlumatına görə, 38 yaşlı FIFA referisi ilk dəfə komandalarımızın görüşündə iş başında olacaq.

Portuqaliyalı 2016-cı ildən beynəlxalq təyinat alır. O, ölkəsi ilə yanaşı, Yunanıstan, Fransa, Kipr və Səudiyyə Ərəbistanı çempionatlarına da dəvət alır.

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Oxşar xəbərlər

UEFA Avropa Liqası: "Budyo Qlimt" - "Qarabağ" oyununun hakimləri bəlli olub
UEFA Avropa Liqası:  “Budyo Qlimt” – “Qarabağ” oyununun biletləri satışa çıxarılıb
Avropa Liqası: “Bodo-Qlimt”-"Qarabağ" oyununun hakimləri bəlli olub
Avropa Liqası: "Qalatasaray" bu gün "Qarabağ"ın rəqibi ilə üz-üzə gələcək
"Qarabağ" - "Ayaks" oyununun hakimi daha əvvəl iki dəfə Azərbaycan təmsilçilərinin matçına təyinat alıb - ARAŞDIRMA

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər